Maraqlı

Dəhşətli kadrlar: dayə uşağı təpikləyib belinə çıxdı - VİDEO - FOTO

25 Noyabr 2014 11:33
6 Şərh     Baxış: 5 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Uqanda mediası şokdadır. 22 yaşlı dayə qulluğunda durası uşağı vəhşicəsinə döyəndən sonra yerə atıb, sonra körpənin belinə çıxaraq onu təpikləməyə başlayıb.

Dayə Colli Tumuhiirve həbs olunub.

Milli.Az CBS-ə istinadən bildirir ki, 2 yaşlı uşağın anası axşam saatlarında evə gələndə körpəsini çox ağır vəziyyətdə, huşsuz görüb. O, uşağı ərinin döydüyünü düşünüb və polisə zəng vurub.
 

Olay Uqandanın paytaxtı Kampalada baş verib.

Polis bu qadının əri Erik Kamanzini saxlayıb. Dindirmə zamanı onun suçsuz olduğu, 2 yaşlı uşağın dayəsi, 22 yaşlı Colli Tumuhiirvenin vəhşiliyinə məruz qaldığı aşkarlanıb.
 

Bir qədər sonra isə evdə baş verən vəhşiliyin videoyazısı polisin əlinə keçib.

Sən demə, evdəki videomüşahidə kameraları baş verənləri çəkibmiş.

Uqanda polisi olayı araşdırır.
 

2 yaşlı Aneela Kamanzi xəstəxanadadır. Onun durumu kritikdir.
 

Dayənin dediyinə görə, uşaq şam yeməyini yemək istəmədiyi üçün onu "cəzalandırmaq" istəyib.
 
Erik Kamanzi hadisədən sonra dayəni elə döyüb ki, qadının beldən aşağısı iflic olub və o, xəstəxanaya yerləşdirilib.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.




Videonu izləmək üçün şəklə klikləyin.
фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.