Maraqlı

Qocalıqda yorğalıq edən qadınlar - FOTO

25 Noyabr 2014 13:39
4 Şərh     Baxış: 9 238
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şou-biznes aləmi qəddardır. Burada ani səhv, "moda"ya uyğun olmamaq, rəqiblərin yeniliklərindən xəbərdar olmamaq acı nəticələr verir.

Amma orta yaşlı xanımların gənc rəqiblərindən geri qalmamaq üçün hoqqabazlıq etmələri heç yaxşı təsir bağışlamır.


Məsələn, iki övlad anası olan 45 yaşlı amerikalı aktrisa və müğənni Cennifer Lopes rəqib hesab etdiyi Mayli Sayrus təki hərəkətlər edir, səhnəyə açıq-saçıq geyimlərdə çıxır, öz aləmində "erotik" hərəkətlər edir.


Onun Sayrus təki "tverkinq" etmək cəhdləri də uğursuz alınır.


Milli.Az TMZ-yə istinadən bildirir ki, Cennifer Lopes avstraliyalı reper İqqi Azaliyadan da geri qalmamağa çalışır.

"Cey Lo"nun "American Music Awards"da səhnəyə çıxdığı paltar onun hələ də cazibədar olduğunu hamının nəzərinə çatdırmaq istəyindən xəbər verirdi.


22 yaşlı Mayli Sayrus, 26 yaşlı Rianna və başqaları ilə ayaqlaşmaq istəyənlər arasında 56 yaşlı Madonna, hətta 44 yaşlı Merayya Kerri və 68 yaşlı erməni Şer də var.


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.