Maraqlı

Yeni dieta: bu, arıqlamaq üçün deyil

23 Noyabr 2014 11:35
0 Şərh     Baxış: 2 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mütəxəssislər sosial mediadan uzaqlaşmağı vacib sayır

Zəmanəmizin yeni "xəstəliyi" sosial media asılılığı təkcə fiziki xəstəliklərə deyil, həm də müxtəlif psixoloji xəstəliklərə səbəb olur. Bir çox insanlar özlərində bir anlıq cəsarət tapıb Facebook və Twitter hesablarını dondururlar. Lakin bu da 3 gün son dözməyib virtual həyata qayıdırlar.

Anspress-in məlumatına görə, mütəxəssislər bu asılılıqdan və xəstəliklərdən xilas olmaq üçün sosial media "pəhriz"ini məsləhət bilirlər. "Pəhriz"in şərtləri isə çox sadədir.

Bunun üçün, ilk növbədə, "insanlar nə edirlər?" sualını beyninizdən silməlisiniz. Birinci addım olaraq telefon və planşetlərinizdən sosial mediaya aid proqramları silin. Özünüzə vaxt müəyyənləşdirin. Məsələn, "mən iki həftə sosial media hesablarıma girməyəcəm" deyin və həmin müddət bitənədək sosial mediadan istifadə etməyin.

Əgər bunları etmək çətindirsə, sosial mediada ən çox izlədiyiniz insanları izləməkdən əl çəkin. Son olaraq isə sosial media ilə bağlı olan saytlardan uzaq durun. Bunlara əməl etsəniz, sosial media asılılığınız azalacaq, real həyatı yaşamaq üçün daha çox vaxtınız olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.