Maraqlı

Super Audi R8 - FOTO

22 Noyabr 2014 19:27
0 Şərh     Baxış: 1 075
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Audi R8 modelinin hazırkı nəslini dəyişəcək superkarın xüsusi versiyası mövcud Audi avtomobilləri arasında ən güclü və tarixdə ən sürətli R8 olacaq.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, superkar gücü 578 at gücünə çatdırılmış 5,2 litrlik V10 mühərriki, 7 pilləli S tronic transmissiya və Quattro tam ötürmə sistemi ilə hərəkətə gətirilir. Avtomobil 0-96 km/saat sürətlənməni 3,2 saniyəyə həyata keçirir. Onun maksimal sürəti 320 km/saat təşkil edir.

Audi R8 Competition modeli Audi R8 LMS yarış avtomobili stilində hazırlanıb. Avtomobil qırmızı tutqaclı karbon-keramik əyləclər əldə edib. Salonda donuq karbon tərtibat, kəndarlarda işıqlandırılan "R8 competition" yazısı yer alıb.

Bu avtomobildən cəmi 60 nüsxə buraxılacaq və onların hamısı ABŞ-da satılacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.