Maraqlı

Məmurun evindən rekord sayda pul çıxdı

31 Oktyabr 2014 22:04
1 Şərh     Baxış: 4 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Pulları sayarkən 4 pul sayan maşın xarab olub
Çində məmurun evindən rekord miqdarda pul çıxıb. Bu pulları dollara çevirəndə 33 milyon dollar edir.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, rüşvət əleyhinə istintaq aparan prokuror Xu Jinhui deyib ki, bu nağd pul məmur Wei Pengyuanın evindən tapılıb. Wei Pengyuan Milli Enerji Administrasiyasının yüksək vəzifəli şəxsidir. O, rüşvət almaqda ittiham olunur.

Prokuror deyib ki, onun evindən çıxan pullar o qədər çox olub ki, pulları sayarkən 4 pul sayan maşın xarab olub, sıradan çıxıb.

Çin lideri Xi Jinping 2012-ci ildə hakimiyyətə gələndən korrupsiya ilə mübarizə elan edib.

Hakim partiya bildirir ki, korrupsiya cəmiyyətin hakimiyyətə etimadını qırır və hakim partiyanın idarəçiliyinin legitimliyinə təhlükə yaradır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.