Maraqlı

Qoçdan cin çıxardılar - FOTO

31 Oktyabr 2014 11:46
2 Şərh     Baxış: 2 463
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin Uorkşir qraflığındakı zoopark Men lohtanı cinsindən olan qoçun bədənindən cin çıxarmaq üçün ekzorsizm ayini keçirib.

"Hatton Adventure World" zooparkının rəhbərliyi 4 buynuzlu qoçdan cin çıxarılmasa, onun kimisə öldürəcəyini düşünürdü.
 

Milli.Az Metro-ya istinadən bildirir ki, 18 aylıq qoç son günlərdə paranormal fəallıq nümayiş etdirirdi.

"Devlin" adlı qoç əvvəlcə onun saxlandığı yerə yaxınlaşan hər kəsə hücum etməyə, buynuzlamağa başlayıb. Sonra isə bu qoç volyerdəki digər qoçlara və qoyunlara hücum çəkərək onları öldürməyə çalışıb.
 

Üç gün əvvəl isə Devlinə su verildiyi qabda qəribə metamorfoza müşahidə olunub: su qəflətən qaynamağa, köpüklənməyə başlayıb.

Bir qədər keçib və zooparka gələnlərdən biri "qoç canavar kimi mırıldayır" deyərək qaçıb.
 

Zooparkın yanındakı balqabaq tarlasına qaçan qoç orada məhsulu tapdalayıb, sonra da buynuzlarından birinə ilişmiş balqabaqla dolaşmağa başlayıb.

"Devlinə nə olduğunu bilmirik. O, çox qəribə vəziyyətdədir və zooparkın əməkdaşları ilə yanaşı, buraya gələnləri də qorxudur. Ekzorsist çağırdıq ki, qoçun bədənindəki cini çıxarsın", - zooparkın mətbuat katibi deyib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.