Maraqlı

Gəlinlə bəy toyda dalaşdılar, bəy getdi - VİDEO - FOTO

31 Oktyabr 2014 11:27
2 Şərh     Baxış: 4 474
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Çinin Çjenjen şəhərindəki toylardan biri təəssüf doğuran olayla başa çatıb. Nikahın qeydə alınması üçün şəhər meriyasına yollanan təzə bəylə gəlin binanın qarşısında mübahisə etməyə başlayıblar. Az sonra mübahisə davaya çevrilib və hisslərini cilovlaya bilməyən bəy gəlini küçənin ortasında qoyaraq gedib.

Gəlin isə Donmen küçəsində yerə oturaraq hönkürməyə başlayıb.

Milli.Az Shanghaiist-ə istinadən bildirir ki, 26 yaşlı Çji Vu ailə qurduğu 24 yaşlı Min Szının ona sürpriz hazırladığını bilmirdi.

Min həyatından artıq sevdiyini dediyi Çjini güldürmək və eyni zamanda təəccübləndirmək istəyirdi.
 

O, başına duvaq salmışdı: məqsədi isə simasındakı makiyajın Çjinin "vaxtından əvvəl", yəni nikah mərasimindən qabaq görməməsinə nail olmaqdı.

Amma meriya binasına gedəndə külək duvağı salıb və Çji heyrətdən nə edəcəyini, nə deyəcəyini bilməyib.

Çünki onun yanında 70 yaşlı qarı vardı.
 

Sən demə, toy günündən bir gün əvvəl Min Szı Şanxayın ən məşhur vizaj-meykap salonlarından birinə getmiş, üzünə makiyaj və vizaj vurularaq özünün 70 yaşlı qarıya bənzədilməsini istəmişdi.
 

Çji də duvaq yerə düşəndə qarşısında sevdiyi Minin qoca qarı simasını görəndə heyrətlənib.

O, hirslənib, "Məni ələ salırsan?! Bu görkəmdə nə nikah, nə toy?! Dərhal sil makiyajı" bağırmağa başlayıb.

Min ərə getdiyi Çjini sakitləşdirməyə çalışıb, "bu, zarafatdır" deyib.
 

Amma ələ salındığını düşünən Çji emosiyalarına hakim olmayıb və eynəyini yerə çırparaq gedib.

"Ərimin mən qocalandan sonra da məni sevəcəyini bilmək istəyirdim. Bu, adi zarafat, sürprizdi. O isə məni ataraq getdi", - Çji hönkürərək söyləyib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.




Videonu izləmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.