Maraqlı

Çay qadınlarda xərçəngin yaranması riskini azalda bilər

30 Oktyabr 2014 15:23
0 Şərh     Baxış: 1 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çay, sitrus meyvələri və şirələr yumurtalıq xərçənginin yaranması riskini xeyli azalda bilər

Trend xəbər verir ki, bu barədə RİA Novosti Amerika mətbuatına istinadən məlumat yayıb.

Belə bir qənaətə Şərqi İngiltərə Universitetinin alimləri tərkibində flavonolların olduğu meyvələrin təsiri ilə bağlı 30 ildən artıqdır apardıqları tədqiqatlar nəticəsində gəliblər.

Tədqiqatçılar flavonolların 25-59 yaş arası 171,940 min qadının sağlamlığına təsirini araşdıraraq müəyyən ediblər ki, tərkibində yüksək səviyyədə flavonolların olduğu yemək və içkilər (çay, qırmızı şərab, alma və üzüm) qəbul edən qadınlar yumurtalıqların onkoloji xəstəliklərinə daha az meyllidirlər.

Hər il dünyada yumurtalıq xərçəngindən yüz minlərlə qadın həyatını itirir. Bu xəstəlik xərçəng şişlərindən ölümlərin siyahısında beşincidir.

Alimlər bildirirlər ki, gün ərzində cəmi iki fincan qara çay qəbul edilməsi yumurtalıqların xərçəngi riskini 31 faiz azaldır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.