Maraqlı

Məşuqəsinin qisasını tutuquşundan aldı - FOTO

30 Oktyabr 2014 13:13
0 Şərh     Baxış: 1 515
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

58 yaşlı məşuqu ilə əlaqələri kəsən qadın ağlına da gətirməzdi ki, bu qərarı sevimli quşu - Afrika tutuquşusu Dinonun ölümünə səbəb olacaq.
 

Milli.Az Metro-ya istinadən bildirir ki, İngiltərənin Lankaşir qraflığındakı Dipdeyl şəhərində yaşayan Polin Vudfayn 58 yaşlı məşuqu Stiv Froqqatla illər uzunu davam edən birgə yaşamdan sonra ayrılmışdı.
 

"Ona dedim ki, qərarımı anlayışla qarşılasın və əşyalarını evimdən mümkün qədər tez aparsın. Stiv isə bu sözləri eşidəndə çılğına döndü", - Polin deyib.

Evin qapısını çırpıb gedən Stiv ertəsi gün qayıdıb. O, əvvəlcə Polinin əşyalarına lax yumurtalar atıb, sonra isə qadının tutuquşusu Dinonu qəfəsdən çıxararaq onun başını bədənindən ayırıb.
 

Evə gələn Polin şoka düşüb. Qana bulanmış xalçada sevimli tutuquşunun başı vardı. Bundan başqa, Polinin iti yaman qorxmuşdu və sahibəsinə yaxınlaşmırdı.
 

Polis sabiq məşuquna SMS yollayaraq niyə belə etdiyini soruşanda "Çünki sən məni öldürdün" cavabını alıb.

Stiv Froqqat məhkəmədə deyib: "O tutuquşu zəhləmi tökürdü. Buna görə də öldürdüm".
 

Məhkəmənin qərarı ilə Froqqat 12 həftəlik həbs alıb. Bundan başqa o, 80 funt-sterlinq məbləğində cərimə ödəməlidir.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.