Maraqlı

Siçovullar zarafatlara gülmürlər

30 Oktyabr 2014 13:27
0 Şərh     Baxış: 1 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az anspress-ə istinadən nevroloq və komik professor Sofi Skottun gülüş barədə bilmədiyiniz 10 faktı bölüşür.

İlk dəfə komik şouda iştirak edəndən sonra mənim birinci fikrim o idi ki, bunu yenidən və daha yaxşı etmək istəyirəm.

Gülmək nə üçün bu qədər əyləncəlidir?


Mənim kimi bir psixoloq üçün bunu anlamaq xüsusilə çətindir, çünki gülüş barədə düşündüyümüz, demək olar ki, hər şey səhvdir.
Beləliklə, sizə gülüş haqqında, yəqin ki, bilmədiyiniz 10 faktı təqdim edirəm.

1. Siçovulların qıdığı gəlir

Siçovulların gülməsini görmək istəyirsiniz? Onda onu qıdıqlayın.
Siçovullar, şimpanzelər, itlər də gülür. Amma siçovullar zarafatlara gülmürlər. Onlar insanlar kimi oynayanda şadlıqlarını nümayiş etdirmək və dostluq yaratmaq üçün gülürlər.
Daha çox oyun oynayan siçovullar daha çox gülüb. Daha çox gülən siçovullar isə gülən digər siçovullara yaxın olmaq istəyib.
Bu onu göstərir ki, insanların gülüşü də oynamaqdan əmələ gəlib. Bu, digər məməli heyvanlarda da müşahidə olunub.

2. Gülüş zarafata görə deyil
Adamlardan nəyə görə güldüklərini soruşanda çoxu deyir ki, zarafata və ya yumora görədir. Amma bu, elə deyil.
Merilend Universitetindən psixoloq Robert Provine aşkar edib ki, daha çox dostlarımızla danışanda gülürük.
Əslində başqa adamlarla olanda gülmək ehtimalı 30 qat artır.
Maraqlıdır ki, bu adamlarla söhbət edəndə biz yenə də zarafatlara deyil, ilk baxışdan heç də gülməli görünməyən şərhlərə gülürük.
Gülmək reaksiya deyil, ünsiyyət üsuludur.

3. Beyin qəsdən edilən gülüşlə səmimi gülüşü fərqləndirir

Laboratoriyada beyinin surətini yaradanda gülüşün əhəmiyyətini görürük. Qəsdən edilən gülüşlə səmimi gülüşü müqayisə etdik.
Beynimiz fərqi avtomatik olaraq görür. Eyni zamanda qəsdən edilən gülüşə qulaq asmaq beyinin bir hissəsində, ön orta alınqabağı korteksində daha fəaliyyəti çoxaldır.
Bu kontekst başqa adamların hisslərini anlamaqla əlaqələndirilir.
Bu onu göstərir ki, biz avtomatik olaraq başqalarının qəsdən etdiyi gülüşləri anlamağa çalışırıq.

4. Gülüş yoluxucudur

Beynimiz üzərində aparılan tədqiqatlar göstərir ki, gülüş yoluxucudur. Hətta gülməli olmayan hallarda belə başqasının gülüşünə qoşulmağa hazırlaşmağımız üzümüzün əzələlərini buna hazırlamağımızdan hiss olunur.
Birinin gülüşə göstərdiyi yoluxucu reaksiyanın səviyyəsi, gülüşün nə qədər səmini olub-olmadığını anladığını göstərir.
Başqa sözlə, gülüş eşidəndə ona qoşulmağımız onu göstərə bilər ki, biz həmin gülüşün həqiqətən də ürəkdən gəldiyinə inanmışıq.

5. Tanıdığınız şəxslərin zarafatı daha gülməlidir

Gülüş gülüş gətirir.
Buna görə bir çox yumor şoularında səhnədə olan aparıcılar çıxışlar arasında auditoriyadakı gülüşün sovuşmasına imkan vermirlər.
Lakin gözləntilər və adamın tanış olub-olmaması gülüşü müəyyən edən şərtlərdəndir.
Məşhur adamların zarafatları daha gülməli görünür.

6. Gülüş kaloriləri yandırır

Gülməyin səhhətə müsbət təsiri barədə çoxsaylı məqalələrə rast gəlmək olar.
O, fiziki hazırlığı yüngül atletika kimi yaxşılaşdırmağa qabil deyil. Hərçənd gülüş vaxtı qaçmağa nisbətdə daha çox kalori yandırılır.
10-15 dəqiqə gülmək ürək pulsunu 10-20 faizədək artırır. Bu isə 10-dan 40-dək kalorinin yandırılması ilə nəticələrir.
Belə ki, bir paket çipsin verdiyi kalorini yandırmaq üçün 3 saat ərzində gülmək lazım gələ bilər.

7. Güluş münasibətlərin müddətini uzadır

Gülən və zarafat edən partnyorlar münasibətlərindən daha çox razıdır.
Həmçinin onlar bir-birindən başqalarına nisbətən daha gec ayrılırlar.
Bu göstərir ki, emosional cəhətdən yaxın olan adamlarla münasibətlərdə gülüşdən istifadə etmək faydalı ola bilər.
Atamın dəfn mərasimindən əvvəl anamın üzünü güldürmək üçün nə isə dediyim yadıma gəlir. O gülüşdən sonra hər şey yenidən qaydasına düşdü.
Gülüş təkcə insanların sağlamlığı deyil, onlar arasındakı münasibətlərin sağlamlığından xəbər verir.

8. Gülüş yerində olmalıdır

Söhbət edərkən adamlar cümlənin sonunda gülməyə çalışırlar. Bu qaydaya hətta işarə dilində danışanlar da əməl edirlər.
Yumoristlər zarafat edərkən auditoriyanın reaksiyasını ölçməlidirlər, onlar düzgün anlarda susmalı və gülüş üçün pauza etməlidirlər.
Bunları etmək xüsusi məharət tələb edir.
"Auditoriya gülərkən səhnədə heç nə etmədən dayanıb gözləmək xüsusi özünəinam tələb edir", - yumorist Kiri Pritchard-Mclean deyir.
Onun sözlərinə görə lətifə söyləyərkən gülüşə kifayət qədər yer vermək və düzgün anda müdaxilə edib növbəti lətifəyə keçmək xüsusi ustadlıqdır.

9. Gülüş cəzbedicidir

Gülməkdən uğunanadək güldürə bilərsiz?

Şəxsi elanlarda yumor hissinə ağıl, təhsil, peşə və seksuallıqdan daha artıq önəm verilir, araşdırmalardan birində deyilir.
Başqa bir təhqiqata görə, biz zarafatlarımıza gülən adamları daha çox bəyənirik.

10. Bəzi şeylərə gülməmək mümkün deyil

Heç bir yumorist hamıda gülüş doğuracaq lətifə kəşf etməyib.
Lakin mən güldürmək üçün bəzi üsulların daha yaxşı nəticə verdiyini deyə bilərəm. Onlardan biri namünasib yerdə gülməməyə çalışan adamların videoklipləridir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.