Maraqlı

Bred Pitt və Ancelina Coli eşqlərini çəkirlər - FOTO

30 Oktyabr 2014 10:06
0 Şərh     Baxış: 2 283
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya kinematoqrafının ünlü simaları, Hollivud ulduzları Bred Pitt Ancelina Coli Maltada, "By The Sea" filminin çəkilişlərindədirlər.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, 50 yaşlı Pitt və 39 yaşlı Colinin baş rollarda oynadıqları, romantik eşq macərasından bəhs edən filmin rejissoru ilə prodüseri də elə Ancelina Colidir.
 

2006-cı ildən bəri qeyri-rəsmi nikahda yaşayan Bred Pitt və Ancelina Coli avqustun 23-də Fransanın cənubunda, sahib olduqları qəsrdə toy etmişdilər.
 

Ancelina Colinin dediyinə görə, "By The Sea" onun Bred Pittlə eşq macərasının kinematoqrafik interpretasiyası da sayıla bilər.
 

"Bu film əslində bizim haqqımızdadır. Biz də illər boyu bir-birimizi sevdik, sonra evləndik. İndi də sevirik", - Ancelina Coli söyləyib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.