Maraqlı

Ən uğurlu, amma görünməyən qadın - FOTO

25 Oktyabr 2014 16:34
0 Şərh     Baxış: 1 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu qadının çəkildiyi reklamları dünyada az qala hər kəs görüb. Milyardlarla insana xitab edən reklamlarda yer almış qadın ən uğurlu model sayılsa da, o, heç bir reklamda görünmür.

Səbəb qadının guşənişinliyi və ya hansısa sirr daşıyıcısı, yaxud sirr qalmaq istəyi deyil.

Bu xanımın əlləri, qolları yüzlərlə reklamda yer alıb.
 

Özü, vücudu və siması isə reklamlarda yoxdur.

Çünki Eşli Kovinqton reklamlara çəkiləndə onun sadəcə, qolları və əlləri kameraya düşür.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, son 14 ildə çəkildiyi reklamların say-hesabını itirmiş Eşlinin dediyinə görə, yaşamı asan deyil.

O, əllərini qorumalıdır. Əlləri və qolları "çörək ağacı" olan qadın əlcək geyir, evdə çox ehtiyatla davranır.
 

Əllər, barmaqlar zədələnərsə, Eşlinin karyerası dayana bilər.

37 yaşlı Eşli Kovinqtonun əlləri Adriana Lima, Naomi Kempbell, Şarliz Teron və Bruk Şildsdən tutmuş, onlarla digər supermodelin reklamlarında yer alıb.
 

ABŞ-ın Virciniya ştatındakı Old Çörk şəhərində doğulmuş Eşli Konvinqton indi Los-Anceles və Nyu-Yorkda apartamentlərə malikdir. O, həftədə bir neçə dəfə müxtəlif ölkələrdə olur.
 

Üstəlik, Birləşmiş Ştatların hər sahilində az qala hər iri şəhərdə Eşli Kovinqtonun agentləri var.

"Çox çətin işdir. Çəkiliş zamanı reklam olunan məhsulu bəzən saatlarla əlimdə saxlayıram. Əllərimin gözəl olduğunu deyirlər. Düşünürəm ki, belədir. Nənəmin də əlləri gözəl idi, o, hətta 1930-cu illərdə çap maşını reklamına da çəkilmişdi", - Eşli Kovinqton söyləyib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.