Maraqlı

O fahişə üçün ölməyə dəyərmi? - FOTO

25 Oktyabr 2014 21:03
0 Şərh     Baxış: 3 212
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az kulis.az-a istinadən məşhur filmlərdən seçilmiş sitatları təqdim edir. 

Bəzən əlvida deməyin vaxtı gəlib çatır. Əzab verməyinə baxmayaraq, bunu sınamağı öyrənməlisən. "P.S. I Love You" 

- Kimi seçirəmsə-seçim, biri yenə xoşbəxt olmayacaq...

- Başqalarının nə istədiyini boş ver. Sən nə istəyirsən? "The Notebook" 

Ümidini tamamilə itirmək azadlıqdır. "Fight Club" 

Düzgün qərarlar təcrübədən irəli gəlir, amma təcrübə səhv qərarlardan yaranır. "The Mechanic" 

Qoy rinqə çıxım. Heç olmasa mənə kimin vurduğunu bilərəm... "Cinderella Man" 

Yaxşı, yaxud pis yoxdur. Sadəcə güc və onu əldə edə bilməyən zəiflər var. "Harry Potter and the Sorcerer's Stone" 

Bəlkə də çox gözəl zəkaya sahib olmaq xoş şeydir, amma daha böyük hədiyyə gözəl qəlbi kəşf etməkdir. "A Beautiful Mind" 

Siyasətçiləri həqiqətləri gizlətmək, sənətçilər isə həqiqəti göstərmək üçün yalan danışarlar. "V For Vendetta" 

Həyat - heç vaxt səhnələşdirilə bilməyəcək bir pyesin sonsuz təkrarından ibarətdir. "Amelie" 

- O fahişə üçün ölməyə dəyərmi?

- Ölməyə dəyər, öldürməyə dəyər, onun uğrunda cəhənnəmə getməyə dəyər. "Sin City" 

Həyat bizi yerə yıxa bilər, amma ayağa durub-durmamaq bizim özümüzdən asılıdır. "The Karate Kid" 

Hamımız bir kişinin axmaqcasına davranışlarına baxanda bizdən xoşlandığına inanmağa proqramlaşdırılmışıq. "He's Just Not That Into You" 

Mümkünsüzə çatmağın tək yolu, onun mümkün olduğuna inanmaqdır. "Alice In Wonderland" 

Makiyaja aldanma. Yollar da gözəldir, amma altından kanalizasiya keçir. "Scarface" 

Həyat aldığınız nəfəslərin cəmi deyil, nəfəsinizi kəsən anların cəmidir. "Hitch" 

Bu həyat sənə qarşılıqsız verilmiş hədiyyədir. Vaxtı gələndə yenə qarşılıqsız şəkildə geri verməlisəm. "Biutiful" 

Onu ağlından atdın. Bəs ürəyindən? "Sunshine of the Spotless Mind" 

Gülsən, bütün dünya sənin birlikdə gülər. Ağlasan, tək ağlayarsan. "Oldboy" 

Ya yaşamaqla məşğul olacaqsan, ya da ölməklə. "The Shawshank Redemption" 

Mənə məsum olduğunu demə, çünki bu mənim zəkama təhqirdir. "GodFather"

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.