Maraqlı

Aerodinamik BMW 4 - FOTO

25 Oktyabr 2014 19:08
0 Şərh     Baxış: 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"BMW 4-Series"-in kupe və kabrioleti üzərində işləmiş yapon tüneri "3D Design" dördqapılı kupe "Gran Coupe" üçün staylinq-paket təqdim etdi. 

Milli.Az auto.az-a istinadən bildirir ki, M Sport idman paketi ilə təchiz olunmuş dəbli sedan üçün aerodinamik asmanın yeni detalları və bir sıra əlavə aksesuarlar təklif olunur. Həmçinin çox aşağı salınmış asılqan və böyük diametrli xüsusi konstruksiyalı təkər diskləri avtomobilə idman üslubu əlavə edəcək. 

"BMW 4-Series Gran Coupe" qabaq bamperin splitteri, ensiz yan ətəklər, arxa bamperin diffuzoru, arxa şüşənin yuxarısında deflektor və iki variantda əlverişli olan yük yeri qapağının kiçik spoylerini əldə edib. 

Bütün elementlər karbon lifindən və qara aksentlər (radiator barmaqlığı, qabaq qanadlardakı qoymalar, dam və şüşələrn çərçivələri), tonlaşdırılmış şüşələr, yanlarda ensiz zolaqlar və Bavariya avtomobilinə fərdilik verən firma yapışqanları ilə birgə hazırlanıb. 

Şəkildə təqdim olunan avtomobil qara beşmilli disklər və qazçıxma sisteminin dörd borusuna malikdir. Yol işığı zolağı çox azaldılıb və indi dördqapılı kupe sportkar "M4"-dən daha aşağı klirensə malikdir. 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.