Maraqlı

Öləndən sonra şəhəri dəhşətə saldı - FOTO

24 Oktyabr 2014 12:49
2 Şərh     Baxış: 4 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rumın Daniil Deku yaşadığı şəhərdə "ən suyuşirin və gözəl" gənclərdən biri sayılırdı. Onun onlarla məşuqəsi vardı və 24 yaşlı Daniil vəfat edəndə bu gəncin dəfn mərasiminə yüzlərlə qadın qatılmışdı.
 

Dəfndən az sonra Dekunun QİÇS-HİV xəstəsi olduğu aşkarlananda şəhər dəhşətə gəlib. Çünki ən azı 30 qadın bu xəstəliyə yoluxduğunu düşünüb.

Milli.Az European-a istinadən bildirir ki, olay Rumıniyanın cənub-şərqindəki Dolj bölgəsindəki Seqarça şəhərində yaşanıb.
 

Taleyin ironiyasına bax ki, Daniil Dekunun QİÇS xəstəsi olduğundan ilk xəbər tutan onun sahə həkimi olub. Müayinənin nəticələrinə görə, Dekuda QİÇS olduğunu aşkarlayan həkim bu barədə Dekunun ailəsinə və polisə məlumat verəndə gəncin anası və qohumları onu yalançılıqda suçlayaraq məhkəməyə verməklə hədələyiblər.
 

İndi Seqarçada onlarla qadın QİÇS-HİV testinin nəticələrini gözləyir.
 

Onlar yerli "Don Juan"la müxtəlif vaxtlarda cinsi əlaqədə olublar.
 

Sahə həkimi Kornel Stançiu isə deyir: "Daniilin QİÇS-HİV virusunun daşıyıcısı olduğunu deyəndə oğlanın anası məni az qaldı ki, döyüb öldürsün. Halbuki o vaxt dediklərimi dinləsəydilər, belə olmazdı. İndisə budur, ən azı 40 qadın QİÇS-ə yoluxduğundan şübhələnir".
 

Seqarça şəhərinin meri Nikolae Popa olayın araşdırıldığını vurğulayıb və dübarə də mərhumun anasını "məsuliyyətsizlikdə, dəhşətli bəlanı bilib gizlətməkdə" suçlayıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.