Maraqlı

Məşhur müğənni ərə getdi

23 Oktyabr 2014 20:50
0 Şərh     Baxış: 1 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yuliya Saviçova bəstəkar Aleksandr Arşavinlə evlənib

Rusiya şou-biznesinin ən məşhur simalarından biri olan müğənni Yuliya Saviçova bu gün ailə həyatı qurub.

Anspress-in məlumatına görə, 27 yaşlı müğənni ilk sevgisi olan 29 yaşlı bəstəkar Aleksandr Arşavinlə ailə qurub. Onlar 10 ildən çoxdur ki, tanışdırlar. Onlar ilk dəfə tanış olanda Yuliyanın 16, Aleksandrın 18 yaşı olub, lakin elə ilk görüşdən o, müğənniyə böyük və ağıllı kişi təsiri bağışlayıb.

Müğənni qeyd edib ki, nikah qeydiyyatından Moskvada keçiblər, toy mərasimi isə Krokus-City-Veqasda baş tutacaq.

Qeyd edək ki, bu hadisədən 1 gün əvvəl müğənni İnstagram səhifəsindən izləyicilərinə "Sabah ağır, lakin xoş gün olacaq. Mənim əzizlərim, hər birinizə hər şey üçün təşəkkür edirəm. Sağ olun ki, mənimləsiz" sözlərini yazmışdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.