Maraqlı

Romantik oğrular

23 Oktyabr 2014 16:27
0 Şərh     Baxış: 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiyanın Novosibirsk şəhərində iki nəfər gül oğrusu tutulub. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, həmin şəxslər gülləri küçədə xoşlarına gələn qızlara verirdilər. 

Novosibirsk şəhərinin polis bölməsindən bildiriblər ki, iki nəfər şəxs şəhərin Leninsk rayonunda gül mağazalarından buketlər oğurlayırdılar. Onlar oğurluq edərkən xüsusi müşahidə kameralarına düşüblər. 

Oğrular adi alıcı qismində mağazaya daxil olur, bəyəndikləri buketi seçir sonra isə bədxah əməllərini yerinə yetirirdilər. 

Saxlanıldıqdan sonra məlum olub ki, həmin şəxslərin əvvəllər də qanunla problemləri olub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.