Maraqlı

Buz içində dirilməyi gözləyirlər - FOTOSESSİYA

23 Oktyabr 2014 18:58
0 Şərh     Baxış: 1 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünyanın müxtəlif ölkələrinin vətəndaşları olmuş yüzlərlə cansız vücud burada, içi maye nitrogen dolu olan böyük metal silindrlərin içində saxlanırlar.

-196 dərəcə soyuqda saxlanan vücudların nə zamansa dirilə biləcəyini düşünürlər.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, fotoqraf Mürrey Ballard (Murray Ballard) bu prosesin və "diriləcək adamlar"ın cəsədlərinin saxlandığı krionik anbarın fotolarını çəkib.
 

Anbarda cəsədlər əvvəlcə buz qəliblərinin içində soyudulur, sonra onun döş qəfəsi yarılır, vücuddakı damarlardan qan sovurulub çıxarılır və əvəzinə -50 dərəcəli qliserol inyeksiyası vurulur.
 

Proses cəsədin dondurulması ilə başa çatmır. Çünki insan bədəni xüsusi prosedur olmadan dondurularsa, buz kristalları hüceyrələrin ətrafına yığışır və vücuddakı bütün maye buzlaşıb kristallaşır. Kristallaşan hüceyrələr sonucda dağılır.
 

Buna yol verməmək üçün qliserol kimi donmayan kimyəvi maddələrdən istifadə olunur.
 

Dünyada vücudu dondurulan ilk şəxs 73 yaşında ağciyər xərçəngindən vəfat etmiş amerikalı psixoloq Ceyms Bedforddur. Onun vücudu 1967-ci ildən bəri buz silindrdə saxlanır.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.