Maraqlı

Maraqlı təklif: uduzan futbolçular cərimələnsin! - MÜZAKİRƏ

22 Oktyabr 2014 16:26
3 Şərh     Baxış: 1 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiyada məğlub olan futbolçular millət vəkillərini də bezdirib. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Rusiyanın Dövlət Dumasına məğlub olan idmançıların maaşlarının kəsilməsi barədə qanun layihəsi təqdim olunub. 

Rusiya yığmasının Braziliyada keçirilən dünya çempionatından tez çıxması 6 nəfər kommunist deputatı qəzəbləndirib. Onlar Rusiya Federasiyasının Bədən Tərbiyəsi və İdman haqqında qanunvericiliyinə dəyişiklik edilməsini təklif ediblər. 

Bir neçə ay ərzində qanun layihəsi bütün lazımi mərhələləri keçib. Dekabr ayında isə Dövlət Dumasının müzakirəsinə çıxarılacaq. 

Qanun layihəsini hazırlayan deputatlar tələb edirlər ki, idmançılar məğlub olduqları zaman əmək haqları kəsilsin. 

Bu günlərdə Azərbaycanın futbol üzrə milli komandasının sabiq baş məşqçisi Berti Foqts Almaniya mətbuatına açıqlamasında azərbaycanlı futbolçular barədə gileylənmişdi. 

"Azərbaycanda futbolu pul üçün oynayırlar. Oyunçular futboldan həzz almırlar. Orada futbolla yaşamırlar. Mən onlara ölkə xaricinə üz tutmağı, orada təkmilləşəcəklərini məsləhət görürdüm. Ancaq belə olsaydı, futbolçular Azərbaycanda qazandıqlarının yalnız 1/5 hissəsini əldə edəcəkdilər. Ona görə də ölkə xaricinə getmirdilər". 

Bütün bunlar Azərbaycanda da nəzərə alınmalıdırmı? Bəs siz necə düşünürsünüz, əziz oxucular? Bizim futbolçular da məğlub oluqlarına görə cərimələnsinlərmi?
Fikirlərinizi şərh bölməsində yaza bilərsiniz. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.