Maraqlı

Yol polisi rəqs edib məşhurlaşdı - VİDEO - FOTO

22 Oktyabr 2014 12:30
0 Şərh     Baxış: 1 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Meksikanın Tihuana şəhərindəki yol polislərindən biri Xose Ruben Eçeveria indi sosial şəbəkələrin ən məşhur simalarından biridir.

Onun yolayrıcında nəqliyyatın və piyadaların hərəkətini nizamlayarkən mərhum pop kralı Maykl Ceksonun "Billy Jean" mahnısının sədaları altında rəqs etdiyi anların çəkildiyi videoya artıq on milyonlarla insan baxıb.
 

Milli.Az Ruptly-yə istinadən bildirir ki, Eçeveria rəqs edərək piyadalarla avtomobillərin hərəkətini nizamlayır, zərurət yarananda nəqliyyat axınını dayandırır.
 

"Tıxaclarda olan avtomobillərin sürücülərinin necə stress keçirdiklərini bilirəm. Piyadalara da bir qədər gülümsəmək gərəkdir. Yolu tez keçmək istəyən insanların gözlədikləri anda rəqs edir, onların hirslənməməsinə, gülümsəmələrinə çalışıram", - Eçeveria bildirib.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.




Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.