Maraqlı

Yeni sensasiya? UNO astronavtlara yaxınlaşdı - VİDEO - FOTO

22 Oktyabr 2014 09:58
1 Şərh     Baxış: 3 549
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) əməkdaşları kosmosda uçan naməlum obyektin (UNO) fotosunu çəkiblər.
 

Beynəlxalq Kosmik Stansiyanın (BKS) Günəş elementləri batareyalarının dəyişdirilməsi kimi rutin əməliyyatlardan biri oktyabrın 7-də yerinə yetirilirdi.
 

Milli.Az Examiner-ə istinadən bildirir ki, NASA astronavtı Reyd Uaysman və Avropa Kosmik Agentliyindən olan Aleksandr Gerst açıq kosmosa çıxaraq BKS-in göyərtəsi yanında adi texniki baxışa başlayıblar.
 

BKS-in videomüşahidə kameralarından biri də açıq kosmosdakı astronavtları çəkirdi.
 

Bu zaman kamera BKS-dən uzaqda uçan naməlum obyekti çəkib.
 

Elliptik formada olan obyekt BKS-ə yaxınlaşıb, sonra isə çox böyük sürətlə yoxa çıxıb.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.