Maraqlı

Tarixin iyrənc sirləri açıldı - FOTO

20 Oktyabr 2014 10:08
8 Şərh     Baxış: 14 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın "Tutanhamon" kimi tanıdığı Qədim Misir fironu Tutanhatonla bağlı sensasiyalı kəşf olunub.

ABŞ, İtaliya və Britaniya alimləri Misirdəki Fiva şəhərinin yaxınlığında 14 əsr əvvəl inşa edilmiş ehramlarda tapılmış mumiyalar və qalıqları bir daha tədqiq ediblər.
 

Tarixçilərin yazdıqları, rəvayətlərdə deyilənlər və iddiaların tam əksinə olaraq, Tutanhatonun ucaboy, enlikürək, güclü insan olması barədə deyilənlərin puçluğu aşkarlanıb.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, firon Ehnatonun böyük oğlu Tutanhatonun fiziki qüsurlu adam olduğu təsdiqlənib. Onun çanaq sümükləri enli, döş qəfəsi batıq və ensiz, çiyinləri və qarnı sallaqdı. Üstəlik, Tutanhatonun sol ayağı şikəstdi və o, axsayırdı.
 

Ehnatonun bacısı ilə nikahından doğulmuş Tutanhatonun özü də ortancıl bacısı Anhesenamonla evlənmişdi.

Tutanhatonun bu nikahdan iki övladı olmuş, amma bu uşaqların ikisi də ölü doğulmuşdu.
 

Eramızdan əvvəl 14-cü əsrdə yaşamış və Qədim Misir imperiyasını idarə etmiş Tutanhaton 11 yaşında taxta oturmuş, 20 yaşında isə kəskin ürək çatışmazlığı, şəkərli diabet və sümük zəifliyindən ölmüşdü.
 

Amerikalı və britaniyalı alimlər apardıqları virtual autopsiya nəticəsində Tutanhatonun dişlərinin əyri olduğunu da aşkarlayıblar.

Virtual autopsiya zamanı kompüter skanlaşdırılması vasitəsilə əldə olunmuş 2 mindən artıq görüntüdən istifadə edilib.
 

Alimlər onu da vurğulayırlar ki, 20 yaşında vəfat etmiş Tutanhaton həddən artıq əxlaqsızmış. Onun bədənində bir neçə zöhrəvi xəstəliyin qalıqları aşkarlanıb.
 

Bundan başqa, gənc fironun 17 yaşında əvvəlcə anası, sonra isə bacıları ilə cinsi əlaqədə olduğu da iddia olunur.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.