Maraqlı

Arvadını cinə görə boşadı

22 Oktyabr 2014 12:13
1 Şərh     Baxış: 2 030
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinin Şəriət Məhkəməsi "arvadımın vücuduna cin girib, arvadım cinə vurulub" deyən ərin iddiasını təmin edib və onu boşayıb.

Milli.Az Al Bawaba-ya istinadən bildirir ki, Həmda Məkki adlı şəxs məhkəməyə ünvanladığı iddia ərizəsində arvadının cinə əsir düşdüyünü, cinə vurulduğunu yazıb.
 

"Arvadımla dəfələrlə yatağa girməyə çalışsam da, hər dəfə mənə rədd cavabı verdi. Bu məsələni qaynatam və qaynanamla müzakirə etdim. Onlar etiraf etdilər ki, qızlarında cin var. Üstəlik, arvadım cinə o qədər əsir olmuşdu ki, onun öhdəsindən üləmalar da gələ bilməyiblər", - Həmda Məkki yazıb.
 

Dubayın Şəriət Məhkəməsi də H.Məkkinin iddiasını təmin edib və onu arvadından boşayıb. Məhkəmənin qərarına görə, Məkki boşadığı arvadına birdəfəlik aliment qismində 11 min dollar ödəməlidir.
 

Aliment məsələsindən sinirlənənn Məkki hökmdən narazı qalıb və Dubayın Apellyasiya Məhkəməsinə üz tutub.
 

"Arvadım məni aldadıb. O və qohumları cin məsələsini bilsələr də, mənə heç nə deməyiblər. Bu isə yalançılıqdır", - Həmda Məkki söyləyib.
 

Dubayın Apellyasiya Məhkəməsi iddianı haqlı sayıb və aliment qərarını ləğv edib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.