Maraqlı

Mercedes yubiley üçün G-Class hazırladı - FOTO

19 Oktyabr 2014 22:39
0 Şərh     Baxış: 1 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Mercedes" şirkəti "G-Class" yolsuzluq avtomobilinin 35-ci ildönümünün şərəfinə "Edition 35" adlı xüsusi versiya buraxdı. Belə avtomobil iki modifikasiyada, "G350 BlueTEC" və "G500", təqdim olunacaq. Almaniyada onların qiyməti müvafiq olaraq, 84 900 və 94 800 avro olacaq. 

Milli.Az auto.az-a istinadən bildirir ki, yeniliyin əsas xüsusiyyətləri banın eksklüziv hazırlanması və salonun daha bahalı bəzəyi olacaq. "G-Wagen Edition 35"-in dünyada nə qədər sayda yayılacağı məlum deyil. Avtomobil üç xüsusi ban rəngində əlverişli olacaq: ağ "Designo Mystic White Bright", boz "Palladium Silver" və qara "Obsidian Black". Seçilmiş çalardan asılı olmayaraq, 18 düymlük yüngül lehimli disklər, dam, bamperlər, arxa görünüş güzgüləri və AMG-paketdən genişləndirilmiş təkər yarımhalqaları qara cilalı olacaq. 

Bundan başqa, hər iki versiya xromlaşdırılmış radiator barmaqlığı və ehtiyat təkər qapağı, "G500" isə həm də idman qazçıxma sistemi ilə təchiz olunacaq. Avtomobilin qara Designo dəri ilə tikilmiş və qırmızı sapla sırınmış salonunda AMG Performance idman sükanı və Exclusive paketindən karbon qoymalar quraşdırılıb. Cihaz paneli də dəri ilə işlənib, dam üçün isə mikrofibradan istfadə olunub.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.