Maraqlı

Kraliçanın alt paltarını satışa çıxardılar

2 Oktyabr 2014 14:25
1 Şərh     Baxış: 1 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Britaniyanın "Westernhanger Auctioneers" hərracında İngiltərə kraliçası Viktoriyaya məxsus olmuş alt paltarı satışa çıxarılıb. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, tarixi əşyanın ilkin qiyməti 2 min funt-sterlinqdir.

Oktyabrın 12-də kraliça Viktoriyanın şəxsi əşyalarının, o cümlədən alt paltarının hərracı keçiriləcək. Lotlar arasında yaşı 100 ildən çox olan ipək şalvar və uzunboğaz çəkmə də var.

Kübar xanıma məxsus olan alt paltarının ölçüləri heyrətləndirir. Tarixçilər deyirlər ki, kraliça Viktoriya kök qadın olub. Onun üçün tikilən köynəyn büst hissəsi 167 sm, çanaq hissəsi isə 132 sm olub.

İngilis kraliçalarının bu cür əşyaları tarixi dəyər sayılır. Ekspertlər deyirlər ki, XIX əsrə məxsus həmin alt paltarını vaxtilə kraliça öz qulluqçusuna verib. Paltar indi də əla vəziyyətdədir, çünki 75 il sandıqda saxlanılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.