Maraqlı

Hər birimiz dəyişə bilərik - FOTO

2 Oktyabr 2014 14:13
0 Şərh     Baxış: 1 552
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tibb bacısı, keşiş, şirkət rəhbəri, Harvard Universitetinin məzunu terrorçuya, banditə, avaraya, narkokartelin mənsubuna çevrilirlər.
 

ABŞ Hərbi-Dəniz Piyadaları Korpusunun sabiq hərbçisi Coel Pares sosial stereotipləri alt-üst etməyə yönəlmiş seriya yaradıb.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Texas ştatındakı Dallas şəhərində yaşayan C.Pares seriyasının çəkilişlərinə dəvət etdiyi insanların hər birinin iki fotosunu çəkib.
 

Bu fotolardan birində adam adi, gündəlik yaşam görkəmində olubsa, ikinci fotosunda sosial stereotiplərin assosiasiya doğurduğu tip kimi idi.
 

Məsələn, Nyu-Yorkda tibb bacısı işləyən Səhar Şalem terrorçuya, Harvard Universitetinin məzunu Cefferson Mun qanqsterə, keşiş Cek Conson ifrat millətçiyə, şirkətin banisi və sahibi Edqar Qonsales "latinos" bağbana çevrilib.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.