Maraqlı

Şok: hərbçini yeyən qurdlar qonşulara daraşdılar - FOTO

2 Oktyabr 2014 11:26
0 Şərh     Baxış: 2 308
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ailə mətbəxə daraşmış minlərlə qurdu görəndə heyrətlənib. Evin xanımı bu bəlanın səbəbini araşdıranda bəlli olub ki, qurdlar bir ay əvvəl ölmüş qonşunun cəsədində balalayır və artırlar.
 

Milli.Az The Guardian-a istinadən bildirir ki, insident Londonun cənubunda yaşanıb.

3 övlad anası Karen Deyvi və əri tavandan düşən qurdları görəndə nə edəcəklərini bilmirdilər. Onlar qonşudan şikayətləniblər, amma bir nəticə hasil olmayıb.
 

Bir həftə sonra polis çağırılanda isə məlum olub ki, yuxarı mərtəbədə yaşayan qonşu bir ay əvvəl ölübmüş. Qurdlar da iylənmiş, çürümüş cəsəddə artırmış.
 

"Gecələr yata bilmirdim. Qurdlar çıxan kimi onları toplayır, atırdım. Uşaqlar mətbəxə girməkdən qorxurdular", - 37 yaşlı Karen Deyvi deyib.

Polisdən verilən məlumata görə, Karen Deyvinin mənzilindən bir mərtəbə yuxarıda yaşamış 49 yaşlı Riçard Uilyams sabiq hərbçi idi. O, ötən ay ölsə də, kimsə bundan xəbər tutmayıb.
 

Karen isə deyir ki, iylənmiş cəsədi polis aparsa da, qurdlar aşağı düşməyə davam edir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.