Maraqlı

Qorxunc uşaq yenə peyda oldu - FOTO

2 Oktyabr 2014 14:47
5 Şərh     Baxış: 6 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son dəfə 30 il əvvəl görünmüş qorxunc uşaq yenə Britaniyada peyda olub.

Onun Staffordşir qraflığında göründüyü deyilir.
 

Milli.Az The Mirror-a istinadən bildirir ki, Britaniyada paranormal hadisələrin məşhur tədqiqatçısı Li Briklinin sözlərinə görə, bu qorxunc uşaq Staffordşir qraflığının Kennok-Çeyz bölgəsindəki meşəlikdə peyda olub.
 

"Kelli adlı qadının dediyinə görə, qızı ilə Berçs Valli meşəliyində gəzişirmiş. Qəflətən uşaq qışqırtısı eşidib. Qadın meşəlikdə hansısa uşağın bəla ilə üzləşdiyini düşünərək yardıma qaçıb. Amma nə qədər axtarsa da, o uşağı görməyib.
 

Uşaq qəflətən qadının arxasında, təxminən 3 metr aralıda peyda olub. O, əlləri ilə gözlərini örtmüşdü. Uşaq əllərini aşağı salanda isə qadın bəbəyi olmayan qapqara gözləri görüb və qorxudan huşunu itirib. O, özünə gələndə uşaq yoxa çıxmışdı", - Li Brikli söyləyib.
 

Həmin uşaq 30 il əvvəl də Britaniyada bir neçə nəfəri bərk qorxutmuşdu.
 

Bu sirli məxluqu araşdırmaq mümkün deyil. Çünki o, insanların gözünə görünəndən az sonra buxar kimi yox olur.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.