Maraqlı

Drakulanın saxlandığı yer tapıldı - FOTO

1 Oktyabr 2014 09:39
1 Şərh     Baxış: 2 316
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndi dünya kinematoqrafı və ədəbiyyatının ən məşhur obrazlarından birinə çevrilmiş qraf Drakulanın illərlə yaşadığı daha bir məkan aşkarlanıb.

"Transilvaniya vampiri Drakula" adı ilə tarixə düşən serb qraf, Valaxiya hökmdarı 3-cü Vlad Sepeş 1442-ci ildə Türkiyəyə aparılmış, orada 4 il girov saxlanmışdı.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Brem Stokerin romanından sonra məşhurlaşmış obraza çevrilən qraf Drakulanın Türkiyədə 15-ci əsrdə girov olduğu bəlli idi. Amma onun konkret olaraq saxlandığı yer bilinmirdi.
 

Türk arxeoloqların apardıqları araşdırmalar nəticəsində məlum olub ki, qraf 3-cü Vlad Sepeş Tokatdakı qalada 4 il girov tutulub.

Drakulanın saxlandığı yeraltı məkan dağılmış, xaraba qalmış qalanın qalıqlarında tapılıb.
 

Tokat şəhəri 12-ci əsrin sonlarında səlcuq türkləri tərəfindən fəth olunmuş, 1392-ci ildə isə Osmanlı imperiyasının tərkib hissəsinə çevrilmişdi.

3-cü Vlad Sepeş Valaxiya hökmdarı 2-ci Vlad Drakulanın oğludur və 1431-ci ildə anadan olub.
 

1442-ci ildə o, türk sultanı 2-ci Murada qardaşı Radu ilə bahəm girov kimi verilmişdi.
 

1476-cı ildə osmanlı türkləri ilə döyüşlərdən birində Vlad Sepeş həlak olub.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.