Maraqlı

Dünyanın ən böyük mağarası aşkarlandı - FOTO

1 Oktyabr 2014 10:58
0 Şərh     Baxış: 4 712
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində dünyanın ən böyük mağarası tapılıb. Quayyan vilayətindəki Çundun bölgəsində, "Ziyun Getu He Chuandong National Park"da yerləşən Myao mağarasının həcmi 10,78 milyon kubmetrdir.
 

Milli.Az National Geographic News-a istinadən bildirir ki, 1989-cu ildən bəri araşdırılan mağara ilə bağlı tədqiqatları Britaniyanın Lankaster Universitetinin alimləri başa vurublar.
 

100 metr yer altındakı Myao mağarasının ən hündür məkanının orta statistik yüksəkliyi 325 metrdir və orada Boeing 747 avialayneri rahatlıqla uça bilər. Ümumiyyətlə isə, mağaranın ən yüksək qübbəsi 852 metrə çatır.
 

Mağarada hündürlüyü 75 metrə çatan stalaqmitlər də var.
 

İndiyədək dünyanın ən böyük mağarası Malayziyadakı Saravak zağası sayılırdı.
 

Çinin Quansi və Quyçjou vilayətlərində də nəhəng mağaralar var.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.