Maraqlı

Dəhşətli xəstəliyin eybəcərləşdirdiyi qadın danışdı - FOTO

1 Oktyabr 2014 12:14
1 Şərh     Baxış: 3 499
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Simam dəhşətlidir, üzüm qorxuludur. Bunu bilirəm və nə isə etmək iqtidarında deyiləm. Xəstəliyim ağırdır. Bu bəla ilə yaşamaq məcburiyyətindəyəm".
 

64 yaşlı Şarlotta Houkin nadir və çox ağır, faktiki olaraq müalicəsiz mərəz sayılan 1-ci tipli neyrofibromatoz xəstəsidir.

15 yaşında Şarlotta bu mərəzə düçar olduğunu anlamışdı. Onun belinin aşağı hissəsində dərisində su qovuqcuqlarına bənzər şişlər peyda olmuşdu.

Sonrakı 10 il ərzində bu "qovuqcuq"lar Şarlottanın bədənini bürüməyə başladı.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, cərrahiyyə əməiyyatları vasitəsilə bu şişlər kəsilib götürülsələr də, az sonra onlar yenidən "qayıtdılar".

İllər boyu evdən-eşiyə çıxmayan, utanan və əzab çəkən Şarlotta indi ictimai həyatdadır. O, yerli kilsənin nəzdindəki uşaq xəstəxanasına yollanır, oradakı balacalara həyan orlur.
 

"Uşaqlarla oynamaq, onlara nağıllar danışmaq, layla demək həyatımı uzadır. Balacalar mənə özümü cavan hiss etməyə imkan verir", - Şarlotta söyləyib.
 

1 övlad anası və nənə olan Şarlotta Corciya ştatında yaşayır.
 

Loqanuill şəhərində ömür sürən Şarlotta Houkinsin sözlərinə görə, həyatının 59 ilini bu mərəzlə keçirib.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.