Maraqlı

3 yaşlı, 68 kq çəkili uşaq həmişə yeyir - FOTO

30 Sentyabr 2014 14:45
1 Şərh     Baxış: 3 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Misael doğulanda çəkisi 2,9 kq idi. Yəni normal çəkili, adi uşaqdı.

Fəqət aylar keçəndən sonra Misael sürətlə kökəlməyə başladı.
 

Onun çəkisi hər ay 3 kq artırdı.

3 yaşlı Misaelin çəkisi indi 68 kiloqramdır.
 

Həkimlərin dediklərinə görə, Prader-Villi sindromu xəstəsi olan uşaq təcili müalicə olunmalıdır.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, anadangəlmə sindrom xəstəsi olan, genetikasında qüsurlar müşahidə olunan Misael Braziliyada yaşayır.

Anasının dediyinə görə, Misael sürəkli acdır və həmişə yemək istəyir.
 

"Yaşıdları ilə müqayisədə oğlum 6 dəfə çox yeyir. Çəkisi dayanmadan artır. Nə edəcəyimizi bilmirik", - Misaelin anası söyləyib.
 

Braziliyanın Espiritu-Santu bölgəsindəki Kaçoeyro de İtapemrim şəhərində yaşayan Misaelin atası Maykl isə bildirib ki, oğlunu gəzintiyə çıxaranda və ya həkimə aparanda çətinlik çəkir: "Küçədə olanda adamlar bizi saxlayır, Misaelin çəkisini, yaşını, nə yediyini soruşurlar. Təbii ki, bu da xoş deyil".
 

Həkimlərin dediklərinə görə, Misaelin qalxanabənzər vəzində də problemlər var.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.