Maraqlı

Bu necə milyonçudur? - FOTO

20 Sentyabr 2014 21:17
1 Şərh     Baxış: 2 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyada keçirilən "Britain's Got Talent" şousunda qalib gələrək səsi ilə dünyaca məşhurlaşan Syuzan Boyl marketdə işə düzəlmək istəyir.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, 35 milyon dollarlıq sərvətə malik 52 yaşlı Boyl evinin yaxınlığındakı marketə yollanaraq orada işləmək istədiyini deyib.
 

Marketin baş meneceri Devid Koor söyləyib: "O, içəri girib "kassir axtardığınız barədə elanı gördüm" deyəndə heyrətləndik. Təəccübümüzdən nə deyəcəyimizi bilmirdik. Syuzan Boyl dedi ki, yaxınlıqda yaşayır və marketimizdə kassir işləmək istəyir. Onun pula ehtiyacı olmadığını bilirik.

Məncə, gündəlik yaşama qarışmaq üçün belə edib. Söylədik ki, iş istəyirsə, saytımızdakı ərizə formasını doldursun".
 

Syuzan Boyl marketdə kassir işinə qəbul olunarsa, saatda 10 dollar maaş alacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.