Maraqlı

Bu filmdə 935 dəfə söyüş söyüldü - FOTO

20 Sentyabr 2014 17:56
0 Şərh     Baxış: 1 214
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Baxdığımız filmlərdə personajların söyüş söyməsi çox adi şeydir. Demək olar ki, əksər filmlərdə söyüş, lənət, arqo sözlər eşidirik. Söhbət, təbii ki, Azərbaycan filmlərindən getmir. Azərbaycanda belə şey nadir hallarda ola bilər. Biz hələ o tabunu qıra bilməmişik. Ancaq başqa ölkələrdə, Hollivudun özündə belə bu tabu uzun müddət hakim olub. Tabunun necə qırıldığını, ilk dəfə hansı filmdə söyüş işlədildiyini bilmək üçün tarixə baş vuracağıq. 

1939-cu ildə Marqaret Mitçellin eyniadlı əsəri əsasında çəkilən "Küləklə sovrulanlar" filmində "lənət" ifadəsi işlədilib. Filmin final səhnəsində Rett Batler rolunu canlandıran Klark Qeybl belə deyir: "Frankly, my dear, I don't give a damn". Çoxları bunu film tarixinin ilk söyüşü hesab edir. Ancaq "Küləklə sovrulanlar"dan 14 il əvvəl çəkilmiş Kinq Vidorun səssiz müharibə filmi "Böyük parad"da personajların biri lənət oxuyub: "Goddamn their souls!" Film tarixinin ilk söyüşü səsli olmasa belə "Böyük Parad" filmində işlədilib. "Küləklə sovrulanlar" isə ilk səsli söyüşün işləndiyi filmdir. Əslində, lənət bizim dildə söyüş kateqoriyasına daxil deyil, amma bir çox ölkələrdə söyüş hesab olunur. 

Beynəlmiləl sözə çevrilən "fuck" kəlməsi ilk dəfə 1967-ci ildə Ceyms Coysun "Uliss" əsəri əsasında çəkilmiş eyniadlı filmdə səsləndirilib. Ancaq bu sözü 1960-cı ildə çəkilmiş müharibə filmi "Bismarkı batır"da personajın ağzından oxumaq olar. "Bismarkı batır" səssiz film olmasa da, "fuck" sözü səssiz formada deyilir. Bunu ancaq ağız hərəkətlərindən başa düşmək olur.

Hazırda isə "fuck" sözünü demək olar ingilis dilində olan hər filmdə eşidirik. Hətta bunun statistikası belə aparılır. "Fuck" sözünün ən çox işləndiyi filmlər siyahısına ötən ay vizyona girən 112 dəqiqəlik komediya filmi "Söyüş şəbəkəsi" başçılıq edir. Filmdə 935 dəfə "fuck" sözündən istifadə edilib. Yəni dəqiqə başına 8,5 dəfə.

"Oskar" mükafatlı amerikalı rejissor Martin Skorsezenin filmləri söyüşlərin bolluğu baxımından xüsusi seçilir. Ötən il çəkdiyi "Uoll Strit canavarı" filmində "fuck" və ondan törəmə olan ifadələrdən 569 dəfə istifadə edilib. Skorsezenin digər filmlərində də personajların dilindən bol söyüş eşitmək olar. 1995-ci ildə çəkilən "Kazino" filmində 422 dəfə, 1990-cı ildə çəkilən "Yaxşı oğlanlar" filmində 300 dəfə "fuck" sözündən istifadə edilib. 2006-cı ildə Skorsezeyə "Oskar" mükafatı qazandıran "Dönüklər" filmində məlum sözdən 237 dəfə istifadə olunub. 

Amerikalı rejissor Kventin Tarantino da bu baxımdan seçilən rejissorlardandır. Onun "Quduz köpəklər" filmində 269, "Kriminal Qiraət" filmində 265 dəfə "fuck" sözündən istifadə edilib. "Kriminal qiraət" filminin kafedəki soyğun səhnəsində Culsun (Samuel L. Cekson) portmanatının üstünə "bad mother fucker" yazıldığını görürük. Portmanat və üzərindəki ifadə filmdən sonra pop-art nümunəsinə çevrilib. Üzərində bu sözlər yazılan minlərlə portmanat satılıb və hələ də satış davam edir. T-shirtlər, çantalar və başqa bir çox məhsullar da bura daxildir. Tarantinonun ssenarisini yazdığı "Əsl sevgi" filmi də kifayət qədər söyüşlü film sayılır. 

Bol söyüşlü filmlərdən söhbət düşdükdə mütləq adı çəkilən filmlərdən biri də "Semin yayı"dır. Amerikalı rejissor Spayk Linin seriyalı qatildən söz edən kriminal filmi bu tip siyahılarda hər zaman ön sıralarda olur. 1999-cu ildə çəkilən 142 dəqiqəlik filmdə 435 dəfə "fuck" sözü işlədilib.

Məşhur filmlərdən Brayan de Palmanın rejissorluğunu etdiyi, baş rolda Al Paçinonun oynadığı "Çapıqlı üz" filmi, Koen qardaşlarının "Böyük Lebovski" filmi, Pol Tomas Andersonun "Maqnoliya" filmi də bu yazıda adı keçməli olan filmlərdəndir.

2005-ci ildə Stiv Anderson "fuck" ifadəsi haqqında "Fuck" adlı sənədli film çəkməsi artıq belə bir tabunun olmadığının göstəricisidir.

Kult.az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.