Maraqlı

Dünyanın ən varlı şeyxləri - FOTO

19 Sentyabr 2014 15:46
17 Şərh     Baxış: 10 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ərəb aləmində "şeyx" yetkinlik yaşına çatmış, böyük tayfanın başçısı, yaxud da dindarlar arasında hörmət sahibi olan insan deməkdir.

Şeyxlərin yaşı adətən 40-dan artıq olur.
 

Hazırda dünyanın ən zəngin şeyxləri Fars Körfəzi ölkələrində yaşayır.
 

Milli.Az Al Jazeera-ya istinadən dünyanın ən varlı 7 şeyxinin reytinq siyahısını təqdim edir:
 

1. Şeyx Xəlifə bin Zeyd əl Nəhayyan. Birləşmiş Ərəb Əmirliklərinin prezidenti, Əbu-Dabi əmiri. Sərvəti 18 milyard dollardır.

2. Şeyx Məhəmməd Hüseyn Əli əl Əmudi. Səudiyyə Ərəbistanının ən varlı adamının sərvəti 14,3 milyard dollardır.

3. Şeyx Mənsur bin Zeyd əl Nəhayyan. BƏƏ-nin baş nazirinin müavini. 4,9 milyard dollarlıq sərvəti var.

4. Şeyx Məhəmməd bin Rəşid əl Məktum. BƏƏ-nin vitse-prezidenti, Dubay əmiri. 4,5 milyard dollarlıq sərvəti var.

5. Şeyx Həmad bin Xəlifə əl Tani. Qətərin sabiq əmiri. 2,4 milyard dollarlıq sərvəti var.

6. Şeyx Feysəl bin Qasim əl Tani. Qətər milyarderi. 2,2 milyard dollarlıq sərvət sahibi.

7. Şeyx Təmim bin Həmad əl Tani. Qətər əmiri. 2 milyard dollarlıq sərvətə malikdir.
 

Milli.Az  

Böyütmək üçün şəkillərə klikləyin.
 


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.