Maraqlı

Müəllim nəhəng ilan tutdu - VİDEO - FOTO

19 Sentyabr 2014 12:00
4 Şərh     Baxış: 4 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Riyaziyyat müəllimi Sebastyan Baskules 5,18 metr uzunluqda nəhəng anakonda ilanını tutub.

İlan S.Baskulesin dostunun itini boğaraq udmuşdu.
 

Bu olaydan sonra ilanı arayan dostlar onu malikanənin yaxınlığındakı çayda görüblər

39 yaşlı Sebastyan ilana yaxınlaşaraq onu tutub və bu zaman dostuna "Quyruğundan yapış ki, mənə sarılıb boğmasın!" qışqırıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, dostlar ilanı tutandan sonra onu Sebastyanın evindəki vanna otağına salıblar.
 

Ertəsi günsə ilan maşına qoyulub və malikanədən 6 km aralıya, meşəliyə aparılaraq azadlığa buraxılıb.

Olay Fransa Qvianasındakı Matori şəhərinin yaxınlığında baş verib.
 

"Dostum mənə zəng vuraraq dedi ki, köpəyi Minusu ilan udub. Biz də o ilanı ovlamaq qərarına gəldik. İstəyimizə çatdıq. Çox böyük ilandı, 80 kq ağırlığında idi", - Sebastyan Baskules deyib.
 

Onun sözlərinə görə, anakondanı tutandan sonra övladları -11 yaşlı Noam, 8 yaşlı Solal və 5 yaşlı Mano ilanın yanında oynayaraq fotolar çəkdiriblər.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəkilə klikləyin.




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.