Maraqlı

Facebook-da sirr dövrü başlanır - FOTO

18 Sentyabr 2014 12:56
0 Şərh     Baxış: 2 421
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünyanın ən populyar sosial şəbəkəsi olan Facebook-da privatlıq və özəl məlumatlara yetərincə nəzarətin olmaması ilə bağlı tənqidlər səngimir.

Sosial şəbəkə rəhbərliyi bunu nəzərə alaraq yenilik hazırlayıb.
 

Milli.Az TechCrunch-a istinadən bildirir ki, məhdud saylı şəxslərlə kontent mübadiləsi üçün "Moments" adlı proqram əlavəsi ilə bağlı işlər artıq başa çatmaqdadır.

"Moments" hazırda Facebook əməkdaşları arasında sınanır.
 

Proqram əlavəsi hər biri sosial şəbəkə istifadəçisinin yaxın dostları və ailə üzvlərindən ibarət qrupların əks olunduğu iri lövhələrdən ibarətdir.

Belə qrupa foto və məlumat yollamaq üçün lövhəyə klikləmək yetər.
 

"Moments" yalnız mobil telefonlar üçün nəzərdə tutulub.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.