Maraqlı

Səmada təhlükə: Ölüm ulduzu sürətlənib - FOTO

18 Sentyabr 2014 13:07
1 Şərh     Baxış: 2 967
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Saturnun təbii peyklərindən biri Mimasın diametri təqribən 400 kilometrdir. Əsası buz və daş qırıntılarından ibarət olan bu planet 130 km diametrli Gerşel krateri ilə "məşhur"dur.
 

Milli.Az Space-ə istinadən bildirir ki, ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimlərinin dediklərinə görə, kinorejissor Corc Lukasın "Ulduz savaşları" kinosaqasındakı "Ölüm ulduzu"nun "əkiz"i təsiri bağışlayan Mimasın orbital hərəkəti sürətlənib.
 

Bu planetdəki krater ingilis astronom Uilyam Gerşelin şərəfinə belə adlanıb.
 

Alim Saturnun təbii peykini 225 il əvvəl, 1789-cu ildə təsadüfən aşkarlayıb.
 

Mimas qədim yunan mifologiyasında Yer tanrısı Geyanın oğludur.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.