Maraqlı

Məşhur müğənni əməliyyat olundu

18 Sentyabr 2014 12:41
0 Şərh     Baxış: 1 142
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Məşhur amerikalı müğənni və aktrisa Layza Minelli ABŞ-ın Los-Anceles şəhərindəki klinikalardan birində belindən əməliyyat olunub.

Milli.Az Associated Press-ə istinadən bildirir ki, 68 yaşlı aktrisa ötən həftə belinin aşağısından travma almışdı.
 

İtlərin hücumuna məruz qalan aktrisa yeriyə bilmirdi və bu səbəbdən də rəfiqəsi, aktrisa Coan Riversin dəfn mərasiminə gedə bilməyib.

Minellinin durumu indi yaxşılaşır.
 

2011-ci ilin noyabrında Layza Minelli Nyu-Yorkdakı konsertlərdən birinə əlil arabasına qatılmışdı. Onun sözlərinə görə, itlərindən biri ayaq altında dolaşdığına görə yıxılıb və ayağı üç yerdən qırılıbmış.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.