Maraqlı

75 yaşlı qadın görün necə cavanlaşdı - FOTO

18 Sentyabr 2014 12:00
1 Şərh     Baxış: 3 405
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Özümə söz vermişəm ki, qızımdan da cavan görünəcəyəm", - qadın gülərək söyləyir.

Onun 75 yaşı olsa da, zahiri görünüşünə görə 40-45 yaşlı qadına bənzəyir.
 

Keti Bedford vücudundakı qırışlardan və izafi çəkidən qurtulmaq üçün indiyədək 18 dəfə plastik cərrahiyyə əməliyyatlarına məruz qalıb.

Sabiq aktrisa dayanmaq niyyətində deyil. O, daha bir əməliyyat keçirərək boynundakı qırışları "yox" etmək istəyir.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, K.Bedford plastik cərrahiyyə əməliyyatlarına indiyədək 40 min funt-sterlinq xərcləyib.

İngiltərənin Uiltşir bölgəsindəki Solsberi şəhərində yaşayan təqaüdçü qadın "plastik cərrahiyyə narkomanı" olduğunu etiraf etsə də, peşman deyil: "İş o yerə çatıb ki, avtobusda insanlar mənə yer vermirlər. Çünki qoca görünmürəm. Bu da əladır".
 

Keti Bedford ilk əməliyyata 1986-cı ildə, 47 yaşı olanda məruz qalıb və o vaxtdan bəri 17 dəfə əməliyyat olunub.
 

"Qoca görünmək istəmirəm. Güzgüyə baxanda sevinmək, üzümü və bədənimi süzərək gülümsəmək istəyirəm. Qocalıq mənə bədbinlik verir. Əməliyyatlara gəldikdə isə, təbii ki, cavan görünmək əladır. Amma yaşlı xanımlar belə əməliyyatlardan əvvəl sağlamlıqları üçün təhlükəni düşünməlidir. Mənə sağlamlığım əməliyyat üçün imkan yaradıb. Amma bütün riskləri nəzərə almaq gərəkdir", - K.Bedford söyləyib.
 

K.Bedfordun hələlik son əməliyyatı 2012-ci ilin aprelində olub. Plastik cərrahiyyə əməliyyatında onun alın və yanaqlarındakı qırışlar götürülüb, qarnındakı piy lipoksasiya ilə çıxarılıb, baldırldarındakı yağlar götürülüb.
 

Keti Bedfordun qızı, Edinburqda yaşayan 34 yaşlı fizik Sara-Mec Uinn anasının bu "fanatik"liyinin onda təşviş yaratdığını söyləyib.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.