Maraqlı

Bu məktəbdə milyarderlərə xidmətçilər hazırlanır - FOTOSESSİYA

18 Sentyabr 2014 11:51
1 Şərh     Baxış: 1 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada ofisiant və xidmətçi personalın hazırlanması üzrə ən məşhur tədris-hazırlıq müəssisəsi sayılan "International Butler Academy"nin Çində bölməsi açılıb.
 

Çendu şəhərindəki villalardan birində işə başlayan bölmədə zəngin ailələrdəki xidmətçilərdən tutmuş, lüks otellərdəki ofisiantlara qədər ən müxtəlif "xidmət peşə"ləri üzrə təlimlər keçirilir.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İsveçrə, Belçika, ABŞ və Kanadadan olan sabiq metrodotellər, ofisiantlar, villa və malikanə xidmətçilərinin təlimlərinə qatılmaq istəyən çinli tələbələrin hər biri 16 min dollar ödəyib.
 

Çendu şəhərində bölmənin yaradılması təşəbbüsünün müəllifi, hollandiyalı Robert Vinnekesin dediyinə görə, Çindəki varlılar arasında "Daunton abbatlığı effekti" (Downton Abbey effect) yaşanır.
 

"Onların pulları çoxdur və bu adamlar "Daunton abbatlığı" teleserialındakı xidmətçilər təki qulluqçulara malik olmaq istəyirlər. Biz də belə xidmətçiləri hazırlayırıq", - Vinnekes deyib.
 

8 həftəlik kursda masaların bəzənməsi, ayaqqabıların təmizlənməsindən tutmuş, yemək zamanı qədəhlərə şərab süzülməsinin incəliklərinədək ən müxtəlif bacarıqlar təlqin edilir.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.