Maraqlı

Ledi Qaqa çılpaq fotolarını yaydı - FOTO

18 Sentyabr 2014 11:42
0 Şərh     Baxış: 2 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən ekstravaqant mügənnilərindən biri Ledi Qaqa "The Artpop" qastrol turnesi çərçivəsində Yunanıstanın paytaxtı Afinada konsert verib.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, əsl ad və soyadı Stefani Germanotta olan 28 yaşlı amerikalı müğənni Afinadakı lüks oteldəki "kral nömrəsi"ndə olarkən fotolar çəkib, İnstagram-dakı profilində yayıb.
 

Həmin fotolar arasında Ledi Qaqanın vanna otağında olarkən yarıçılpaq vəziyyətdə əks olunduğu şəkillər də var.
 

İnstagram-da 4,22 milyon təqibçisi olan, özünü "Monstrların anası" adlandıran Ledi Qaqa yazıb: "Ledi Duş Qrekini Afrodita vanna otağında".

Afinadakı konsertdə Ledi Qaqa səhnəyə türk modelyer Zeynep Tosunun hazırladığı "Afrodita" geyimində çıxıb.
 

Sentyabrın 23-də isə Ledi Qaqanın cazın canlı əfsanəsi Toni Bennetlə duet ifalarının yer aldığı və "İnterscope" studiyasında hazırlanmış "Cheek to Cheek" albomu satışa çıxarılacaq.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.