Maraqlı

Gəlinlik paltarı üçün 31 kq arıqladı - FOTO

17 Sentyabr 2014 12:55
2 Şərh     Baxış: 2 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Həmişə arzuladığım gəlinlik paltarı vardı. İllər əvvəl, hələ yeniyetmə qız olanda o paltarın stilini seçmişdim. Amma kökdüm, tosqundum, gombuldum və o paltarı geyinə bilməzdim. Buna görə də arıqlamağa qərar verdim".
 

İştahı "qılınc kəsən", gün ərzindəi iki "Yaffo" tortu yeyən, şam yeməyində 5 iri tikə çörəyi "həzm-rabe"dən keçirən Kirsti Tomas arzusuna çatıb.

Amma bunun üçün o, arıqlamalı olub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Kirstinin çəkisi 97,8 kq idi.
 

Toyunda arzuladığı gəlinlik paltarını geyinmək üçün o, sərt pəhriz saxlamağa başladı. Rasionunu tamamən dəyişən Kirsti həm də idman edirdi.

Bu minvalla o, 31 kq arıqladı və toyunda da xəyallarındakı gəlinliyi geyindi.
 

Onun sözlərinə görə, 9 ay ərzində əməllicə arıqlamağa, izafi çəkilərdən qurtulmağa nail olub.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.