Maraqlı

Belə valideynlərə nə deyəsən?! - FOTO

17 Sentyabr 2014 12:22
1 Şərh     Baxış: 1 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada "Preacher's Pulpit" və ya "Pulpit Rock" kimi tanınan Prekestulen qayası Norveçin Forsann kommunasındakı Kyeraq platosu ilə üzbəüz, Lyus-Fyorddadır.
 

604 metr yüksəkliyi olan bu nəhəng qaya turistlər arasındakı çox populyardır.

Norveçin cənubundakı qayalıqda bu günlərdə baş vermiş olay ölkədə böyük müzakirələrə səbəb olub.
 

Milli.Az Local-a istinadən bildirir ki, qayanın kənarındakı ingilis turistlər balaca uşağı yerə qoyaraq onun fotolarını çəkməyə başlayıblar.
 

Şahidlərdən biri Fred Sirevaq deyib: "Bu mənzərəni görəndə dəhşətə gəldim. İnsan nə qədər məsuliyyətsiz, bivec olmalıdır ki, övladını qayanın kənarına buraxsın və onun fotolarını çəksin... Axı o uşaqdır, hər an qayanın kənarına tərəf əyilə bilərdi. Belə olsa, faciənin qarşısını almaq mümkün olmayacaqdı. Çox qorxduq. Uşağın valideynləri ingilislərdi. Onlara belə etməmələrini desək də, bizə qulaq asmadılar".
 

Milli.Az 


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.