Maraqlı

Əməliyyat olundu, soyunmağı buraxdı - FOTO

16 Sentyabr 2014 14:11
2 Şərh     Baxış: 3 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İngilis modelş Kerri Parker beynindəki bədxassəli şişin kəsilib götürülməsi ilə bağlı cərrahiyyə əməliyyatından sonra, sanki, həyatını dəyişib.

Onun dediyinə görə, utancaq qadına çevrilib və rəfiqələrinin əksəriyyəti də onu tərk edib.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Playboy" jurnalının modellərindən olan 30 yaşlı K.Parker əməliyyatdan sonra modellik karyerası ilə vidalaşıb.

2003-cü ildə model karyerasına başlamış Kerri Parker qısa müddətdən sonra "Playboy" jurnalı üçün tam çılpaq fotosessiyalara çəkilmişdi.

"Playboy"un sahibi, milyarder Hyu Höfnerin Los-Ancelesdəki "Playboy mansion" villasında bir müddət yaşadığını və orada aktyor Leonardo Di Kaprio ilə də tanış olduğunu vurğulayan Kerri indi fərqli həyat yaşadığını vurğulayıb.
 

University of East London-un tələbəsi olmuş Kerri "Norfolk and Norwich University Hospital"dakı əməliyyatın ona olduqca ciddi təsir etdini söyləyib.

"Əməliyyatdan sonra tam dəyişdim. Çox utancaq olmuşam. Artıq soyuna bilmirəm", - Kerri deyib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.