Maraqlı

Siyah ananın bəyaz oğlu oldu - FOTO

16 Sentyabr 2014 11:57
1 Şərh     Baxış: 2 302
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada çox nadir rast gəlinən hadisə İngiltərədə yaşanıb.

Milton Keyns şəhərinin sakini Ketrin Hovardın övladı ondan çox fərqlənir.
 

Daha konkret olsaq, əslən nigeriyalı, qaradərili Ketrinin oğlu Yon bəmbəyazdır.

Yon o qədər cazibədar uşaqdır ki, onunla artıq model agentlikləri maraqlanıblar. Ketrinin dediyinə görə, artıq 5 model agentliyi ilə anlaşma imzalayıblar.
 

Qaradərili ananın ağ övladının dünyaya gəlməsi, təbii ki, unikal olaydır.
 

Xəstəxanadakılar arasında ilk əvvəl Ketrinin ərinə xəyanət etdiyi və bu səbəbdən də ağ uşaq doğduğunu düşünənlər də vardı. Fəqət, aparılmış ciddi müayinələr Ketrinin orqanizmində hər milyon insanda bir dəfə müşahidə edilən resessiv ağ genin olduğunu göstərib.
 

Anası qaradərili, atası ağdərili olan 3 aylıq Yonun ağdərili olması bununla bağlıdır.
 

32 yaşlı Ketrin Hovard və onun əri, 34 yaşlı Riçard Hovardın dediklərinə görə, xəstəxanada uşaqlarının səhv salındığını düşündükləri anlar da olub.

"Axı mən nigeriyalıyam, dərim qaradır. Əri ağdərili olsa da, övladımın bəmbəyaz doğulması şansı yoxdu. Amma Yon belə doğuldu. Şübhələndim ki, yəqin uşağı səhv salıblar. Müayinələr bu axmaq fikrimin əsassız olduğunu göstərdi. Təbii ki, balamı görən kimi onu məndən kimsənin ayıra bilməyəcəyini anladım", - Ketrin Hovard deyib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.