Maraqlı

Məşhur idmançının döydüyü sevgilisi: "Yüzlərlə kişi ilə yatdığımı indi bilib?!" - FOTO

16 Sentyabr 2014 10:58
0 Şərh     Baxış: 3 166
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qarışıq döyüş sənətləri üzrə tanınmış idmançı, MMA ulduzlarından biri Conatan Koppenhaver həbs olunub. O, sevgilisi, pornoqrafik filmlərə çəkilən aktrisa Kristi Makı vəhşicəsinə döyməkdə suçlanıb.
 

23 yaşlı Kristi Mak çox ağır travmalar və yaralarla hospitaldadır.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, ABŞ-ın Las-Veqas şəhərində yaşayan Kristi Makın qonşularının dediklərinə görə, qadının qışqırıqlarını eşidəndə əndişələniblər.
 

"Bir də gördüm Kristi evdən lüt çıxıb qaçmağa başladı. O, axsayırdı və üstü-başı qandı. Qan içindəydi qadın. Kristi küçəyə qaçıb "Yardım edin! Məni öldürür!" qışqırmağa başladı. Dərhal polis çağırdıq", - qonşulardan biri deyib.
 

"War Machine" ("Döyüş maşını") ləqəbi ilə tanınan Conatan Koppenhaver pornoulduz olan sevgilisini amansızlıqla döyüb. Zərbələr nəticəsində sol gözünün altı, dodaqları partlayıb, burnu iki yerdən sınıb, 4 dişi sınıb tökülüb. Həkimlərin dediklərinə görə, qadında qaraciyər və mədə travmaları, daxili qanaxma da vardı.
 

Gələn həftə Las-Veqasda Conatan Pol Koppenhaverin məhkəməsi başlanacaq.
 

"O, məni avqustun 8-də döymüşdü. İndi vəziyyətm bir qədər yaxşılaşıb. Məni qısqandığını deyir. Axmaq insan! Guya mənimlə tanış olanda pornoqrafik filmlərə çəkildiyimi, çəkiliş meydançasındakı rollarımı oynayarkən indiyədək yüzlərlə kişi ilə yatdığımı bilmirdi. Qoy indi əməllərinə görə məhkəmə qarşısında cavab versin", - Kristi Mak deyib.
 

Kristi Makın sözlərinə görə, Conatanı çılğına dönməsi evin qapısını açıb içəri girməsindən sonra başlanıb: "Yeni sevgilim Tomasla yatırdıq. İçəri girdi və əvvəlcə Toması döydü. Tomas qan içində yerə yıxıldı, huşunu itirdi. Sonra məni döyməyə başladı. Birtərəhər qaça bildim".
 

Las Vegas Review-Journal bildirir ki, 23 yaşlı aktrisanı vəhşicəsinə döymüş 32 yaşlı C.Koppenhaver məhkəməyədək pullu zaminlə azadlığa buraxılmayacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.