Maraqlı

Ən cazibədar rəng hansıdır?

14 Sentyabr 2014 08:30
2 Şərh     Baxış: 10 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müasir Qərb mədəniyyətində qırmızı sevgi və ehtiras rəngidir. Bu, hətta açıq reklam plakatlarında da özünü büruzə verir.

Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, psixoloji tədqiqatlar isə çox maraqlı nəticələr ortaya çıxarıb. Sən demə, həm qadınlar, həm də kişilər qırmızı rəngli paltar geyinəndə daha cazibədar olurlar. Bu maraqlı faktı doktor Adam Pazda "Personality and Social Psychology Bulletin" nəşrində dərc edib.

Qırmızı ən müəmmalı və maraqlı rəngdir. Bu rəng sevgi, ehtiras, seksuallıq simvolu olmaqla yanaşı, həm də aqressiya, nifrət və təhlükə rəmzidir. Rəngin belə qəbul olunması ya fiziologiya ya da ki, sosial ənənələrlə əlaqədardır.

Rəng və onun qəbul olunması arasındakı əlaqə mədəniyyət və cəmiyyətdəki tendensiyaların təzahürüdür. Ağ rəng təmizlik, qara rəng depressiya və matəm əlamətləridir. Ancaq hamısı kifayət qədər abstraktdır. Bunun zəminləri isə insanın özündədir.

Qırmızının mahiyyətini açmaq üçün alimlər araşdırma aparıblar. Araşdırma çərçivəsində 200-ə yaxın qadından sorğu götürülüb. Onlara ağ və qırmızı paltar geyinmiş eyni qızın fotolarını göstəriblər, hansının daha cəlbedici olduğunu soruşublar. Məlum olub ki, sorğuda iştirak edən qadınlar qırmızı paltarlı qızı daha cazibədar sayıblar.

Bundan sonra eksperimentin şərtlərini bir qədər dəyişiblər. Bu dəfəki eksperimentdə daha çox qadın iştirak edib. Onlardan tək qız haqqında deyil, eyni zamanda qırmızı və ağ paltar geyinmiş eyni oğlan haqqında rəy bildirməyi xahiş ediblər. Yenə də respondentlər qırmızı paltarlı gəncləri cəlbedici hesab ediblər.

Üçüncü eksperimentdə isə tələbə qızlar arasında sorğu keçirilib. Onlar da qırmızı paltarlı qızı daha cazibədar sayıblar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.