Maraqlı

Mafiyanın faşizmə qarşı olduğu vaxt...

13 Sentyabr 2014 20:16
0 Şərh     Baxış: 1 182
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İkinci Dünya müharibəsi ərəfəsində ABŞ-ın ən məşhur prokurorlarından olan Tomas Dyuri vəzifə yüksəlişi naminə mafiyaya müharibə elan etdi. Tezliklə "Koza Nostra"nın lideri Çarli Luçano həbsxanaya düşdü və nə az, nə çox, düz 50 illik həbs cəzası aldı.

Milli.Az publika.az-a istinadən bildirir ki, ancaq mafiya don Luçanonu həbsdən azad edə bildi. Həm də necə!..

Limanda partlayış

1939-cu il sentyabrın 1-də İkinci Dünya müharibəsi başladı. Hitler ordusu Avropa ölkələrini bir-bir işğal edirdi. İtaliyada isə hakimiyyətə onun müttəfiqi Benito Mussolini gəlmişdi. Siciliya mafiyasının ağır günləri başladı. Çoxları güllələndi, boslar isə qaçıb gizləndilər. Sindikatın fəaliyyəti tam dayanmışdı.

Əlbəttə ki, mafiya da əl-qolunu sallayıb oturmadı. "Koza Nostra" hər şeydən xeyir götürməyə öyrəşmişdi. Müharibə də istisna olmadı.

Həbsxanada olan Don Luçanoya xəbər çatdırıldı ki, hərbi kəşfiyyat ABŞ limanlarındakı italyan və alman mənşəli iş adamlarının nasistlərlə əlaqələrinin olub-olmaması ilə maraqlanır.

Luçanonun ağlına əla ideya gəldi. 1942-ci il fefralın 12-də limanda olan "Normandiya" layneri partladılaraq batırıldı. ABŞ hərbi kəşfiyyatı nasistlərə rəğbət bəsləyənlərin və alman agenturasının ovuna çıxdı. Heç kimin ağlına da gəlmədi ki, bu, mafiyanın işidi.

Hökumət yaxşı bilirdi ki, mafiyanın limanlarda yaxşı əlaqələri var. Odur ki, limanlarda reketlik edən Co Lansoya müraciət edildi. Hökumət ondan limanlarda qayda-qanun yaratmağı xahiş edirdi. Co Lanso isə cavab verdi ki, alman diversantları ilə mübarizə aparmağa hazırdır. Amma öz bossu don Luçano ilə birgə...

Hökumət razı oldu. Don Luçano daha komfortlu həbsxanaya keçirildi. Mafiya dərhal hərəkətə keçdi. Cinayətkarlar limanlarda 3-4 almanı tapıb güllələdilər. Meyitləri casus adı ilə ABŞ hərbi əks-kəşfiyyat idarəsinə təhvil verdilər. Daha nə partlayış olurdu, nə qarışıqlıq. Bu, hökuməti qane edirdi. Müharibə getdiyi zamanda arxa cəbhədə sakitlik idi. Mafiya ilə haqq- hesabı sonra çürüdə bilərdilər. Amma hökumət yanılırdı.

Mussolininin sonu, mafiyanın yüksəlişi

Müharibənin gedişatı müttəfiqlərin xeyrinə dəyişirdi. ABŞ-ı narahat edən bir məsələ vardı - Sovet qoşunları İtaliyaya yaxınlaşırdılar. Buna yol verməmək üçün ABŞ Siciliyaya desant atmağı planlaşdırırdı. Hərbi kəşfiyyat kömək üçün yenə mafiyaya ağız açdı. Axı topoqrafik xəritələri çıxarmaq, yerli əhalini faşistlərə qarşı üsyana qaldırmağı mafiyadan yaxşı kim bacarardı ki?

Hökumət Don Luçanonun əlaqələrindən istifadə etməyə məcbur idi. Onu hətta azadlığa da buraxa bilərdilər. Təki amerikalı desantlar İtaliyaya sovet əsgərlərindən əvvəl daxil olsun.

Don Luçano həvəslə işə girişdi. Tezliklə "Koza Nostra"nın İtaliyadakı bosları ilə əlaqə yarandı. Mussolinidən nazrazı olan boslar Don Luçanoya hərtərəfli yardım etməyə söz verdilər.

1943-cü iln iyunun 14-də Don Luçanonun göstərişi ilə Siciliyada üsyan qalxdı. Elə həmin vaxtlarda da ABŞ və müttəfiqlərinin ordusu Palermo sahillərinə çıxdı.

Mussolini devrildi. ABŞ istəyinə çatmışdı - sovetlər İtaliyaya daxil olmadı.

Müharibə bitdikdən sonra hökumət don Luçanonun faşizmlə mübarizəsinə qiymət verdi. 1947-ci ildə o, həbsdən azad olunaraq İtaliyaya deportasiya edildi.

Don Luçano ömrünün sonunadək azadlıqda qaldı və mafiyanın bossu oldu. Tədricən mafiya İtaliyaya, sonra isə bütün dünyaya nüfuz etdi. 1950-ci illərdə isə Luçanonun mafiyası bütün Amerikanı əhatə etdi.

Mili.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.