Maraqlı

Qaçmış kraliça tacla qayıtdı, qalmaqal yaratdı - FOTO

2 Sentyabr 2014 17:44
0 Şərh     Baxış: 2 511
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyada may ayında keçirilmiş "2014 Miss Asia Pacific World" gözəllik müsabiqəsində qalib gəlmiş 18 yaşlı myanmalı May Myat Noe yoxa çıxmışdı.
 

O, müsabiqənin qalibi sayılan "Gözəllik kraliçası"na verilmiş 100 min dollarlıq tacı da özü ilə aparmışdı.
 

May Myati Noe qalib seçiləndən az sonra onun saxtakarlıq etdiyi aşkarlanmış və titulu əlindən alınmışdı.
 

Milli.Az AsiaOne-a istinadən bildirir ki, müsabiqənin təşkilatçıları 18 yaşlı qızı oğurluqda suçlayaraq polisə müraciət edəndən sonra May Myat Noe "peyda olub".
 

Onun dediyinə görə, tacı qaytarır.
 

"Amma məni yalançılıq, saxtakarlıq və oğurluqda suçlayan təşkilat komitəsi üzr istəməlidir", - Noe deyib.

Myanmalı "gözəllik kraliçası"nın titulunun əlindən alınmasının səbəbləri ilə bağlı fərqli iddialar var.
 

Deyilənlərə görə, May Myat Noe qalib gələndən sonra pərəstişkarları ilə kobud davranıb, tərbiyəsizlik edib, yalan danışıb.
 

Digər iddiaya görə, bütün xərcləri ödəyən sponsor Maydan sinəsinin ölçüsünün böyüdülməsi üçün plastik cərrahiyyə əməliyyatına məruz qalmasını istəsələr də, May Myat Noe bu tələbi rədd edib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

 


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.